|
British Council Quruluşçuluq və Proqramlaşdırma üzrə seminar elan edir
British Council məmnuniyyət hissi ilə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində teatr əməkdaşlığı sahəsində “Səhnə Arxasında” layihəsinin davam ediləcəyini elan edir. Yerli incəsənət mühitini dəstəkləmək və inkişaf etdirmək üçün layihə çərçivəsində Quruluşçuluq və Proqramlaşdırma üzrə seminar təşkil olunacaqdır. Quruluşçuluq və Proqramlaşdırma seminarı Qari Hilz və Devid Mikelm tərəfindən 13-14 may 2013 tarixində Bakının Park İnn mehmanxanasında baş tutacaq. Azərbaycanın səhnə incəsənəti sahəsində çalışan 20-dən çox mütəxəssis seminar zamanı öz bilik və təcrübələrini paylaşaraq və Birləşmiş Krallığın təklif etdiyi yeni “yaradıcı quruluşçuluq” və əməkdaşlıq modellərini öyrənəcəklər. Seminar Birləşmiş Krallığın səhnə incəsənəti üzrə təcrübəli peşəkarları sırasından seçilmiş Qari Hilz və Devid Mikelm tərəfindən keçiriləcək. Qari Hilz səhnə incəsənəti sahəsində tanınmış prodüser, habelə incəsənət menecerləri və artistlər üçün peşəkar təlimçidir. Onun müştəriləri sırasında Kral Şekspir qrupunu və Müstəqil Teatr Şurasını qeyd etmək olar. O, həmçinin, nüfuzlu Brayton Festivalı proqramının bir hissəsi olan “Karavan” beynəlxalq layihəsində iştirak edən şirkətlərə təlimçi xidmətlərini göstərir. Təcrübəli prodüser, mədəniyyət lideri və strateji düşüncəyə malik bir şəxs olan Devid Mikelm teatr xadimlərinə verdiyi dəstəyə, mühüm sənət layihələrinin həyata keçirilməsinə və incəsənət siyasətinə etdiyi təsirə görə tanınmışdır. Ən çox tanınmış layihələri sırasında “Punchdrunk” Milli Teatrında səhnələşdirilmiş “Qırmızı Ölüm Maskası”, “Royal de Luxe” Teatrının “Sultanın Fili”, “WildWorks” teatrının “BABEL” tamaşasını və “Battersea” Sənət Mərkəzinin Təkbətək Teatr Festivalını qeyd etmək olar.
Əlavə məlumat üçün və suallarınızla, xahiş edirik, müraciət edəsiniz: Dilarə İbrahimova| Proqram Meneceri British Council | 8-ci mərtəbə, Landmark III binası, Nizami küç. 90A | Bakı AZ1010| Azərbaycan T +994 12 497 1593 | M +994 50 2709703 | F + 994 12 498 9236 Dilara.ibrahimova@britishcouncil.az | www.britishcouncil.az Date: 11.05.2013, 1164 users viewed this page. |