AJN media layihəsinin icrası çərçivəsində Zaqatalada tədbir keçirdi

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsasında yeni media layihsəinin icrası çərçivəsində növbəti tədbirini Zaqatala rayonunda keçirib. Zaqatala rayon Heydər Əliyev mərkəzində baş tutan tədbirdə regional medialarda çalışan jurnalistlər, QHT nümayəndələri və gənclər iştirak edib.

 

“Yeni  media təlimləri vasitəsi ilə milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliğinə dəstək” adlanan layihənin əsas məqsədi İnternet medianın verdiyi  üstünlüklərdən istifadə edərək milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği istiqamətində ölkənin iki regionunda –Bərdə və Zaqatalada tədbirlər təşkil etmək, eləcə də vətənpərvərlik ruhunda maarifləndirmə işlərinin aparmaqdır. Bundan başqa layihə çərçivəsində Lənkəranda peşəkar  jurnalistlər üçün iki gün davam edəcək “Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği” mövzusunda peşəkar müzakirə və təlimin keçirilmısi də nəzərdə tutulur.


Keçirilən tədbirlərdə İnformasiya-kommunikasiya texnologiyalarınn  verdiyi üstünlüklər, İnternet mediası, xüsusi ilə sosial şəbəkələrdən faydalı istifadəyə dair bilik və bacarıqlar aşılanır.

AJN 

Date: 20.07.2015, 1022 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi