AJN İctimai davranış qaydalarının təbliğinə dair video çarxlar hazırlayıb

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı ilə icra olunan “Etik norma və ictimai davranış qaydalarının təbliğinə dəstək” layihəsinin yekununa həsr olunmuş tədbir keçirib. Bakı şəhərində baş tutan tədbirdə ictimai davranış qaydalarının təbliğinə dair hazırlanmış video çarxlara baxış keçirilib və layihə barədə umumi müzakirə aparılıb.

 

Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin rəhbəri Ayaz Mirzəyev tədbir iştirakçılarına layihə barədə  ümumi məlumat verərək bildirib ki, video çarxlar ölkədə hal-hazırda aktual olan 4  müxtəlif  mövzuya həsr olunub. “Sürücü Məsuliyyəti”, “Piyada məsuliyyəti”, “Kriminal xəbərlərin insan psixologiyasına təsiri”, “Jurnalistikada reketçilik” mövzularda olan  video çarxlar sosial media və internet mediasında asan paylaşıla bilən formatda hazırlanıb və ölkənin ən çox oxucu kütləsi olan internet media qurumlarının saytlarında, eləcə də həmin saytların facebook səhiflərində paylaşılması nəzərdə tutulub.

 

Üç ay ərzində icra olunmuş layihənin əsas məqsədi multimedia imkanlarından geniş istifadə edərək jurnalistikamızın peşəkarlığının artırılması, eləcə də cəmiyyətimiz üçün ictimai aktuallıq kəsb edən bir sıra məsələlərin qabardılması və bu yöndə ictimai davranış qaydalarının təbliğinə dəstək olmaq üçün video çarxları hazırlamaqdır.

 

 

AJNMultiMedia 

Date: 26.08.2017, 777 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi