“Həmvətən” filmi İsrail - Azərbaycan diplomatik əlaqələrinə həsr olunan tədbirdə təqdim olunub

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin istehsal etdiyi “Həmvətən” filmi Bakı Beynəlxalq Multikulturalizm mərkəzinin və “İsraildə Azərbaycan evi” təşkilatının aprelin 7-si birgə təşkil etdiyi onlayn iclasda təqdim olunub. Hər iki ölkənin millət vəkilləri, siyasi ekspertləri və ictimai xadimlərinin qatıldığı İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 29-cu ildönümünə həsr olunan iclasda filmin iki dost ölkənin tarixi əlaqələrinin dünyaya təbliğində vacib rol oynadığı xüsusi vurğulanıb. Xatırladaq ki, film Azərbaycanda tarixən yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs edir. Filmdə Azərbaycandakı yəhudi icmasının nümayəndələrinin, ziyalılar, alimlər, din xadimləri və dağ yəhudilərinin xüsusilə kompakt yaşadığı “Qırmızı Qəsəbə”-də sakinlərin fikirlərinə geniş yer verilib. Eyni zamanda İsraildə yaşayan Azərbaycanlıların da filmdə müsahibələri izləyicilərə təqdim olunur. Film Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası-nın dəstəyi ilə çəkilib.

Filmi Azərbaycan, rus dillərində, o cümlədən, ingilis dilində subtitrlərlə aşağıdakı linklərdə izləyə bilərsiniz :

AZE (English subtitles)https://www.youtube.com/watch?v=L7sSe6fRhE0&t=710s

RUS: https://www.youtube.com/watch?v=4GsI4x36Lxk&t=257s

Date: 12.04.2021, 464 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi