“Region gənclərinin mobil reportyorluq vərdişlərinin artırılması” layihəsi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gənclərinin mobil reportyorluq vərdişlərinin artırılması ” layihəsi çərçivəsində təlimlər  keçirilmişdir.  Lənkəran, Mingəçevir və Gəncə şəhərlərndə keçirilən təlimlərdə bu regionlara yaxın yaşayan 14-29 yaş arası region gəncləri qatılmışdır.

 

Layihənin əsasə məqsədi təlimlər vasitəsi ilə gənclərin  mobil reportyorluq vərdişlərini artırmağa, onların multimedia vasitəsi ilə hekayə danışmaq istedadlarını üzə çıxarmağa, eləcə də yeni medianın verdiyi üstünlüklərdən istifadə etməklə regionlarda gedən inkişafın təbliğ olunmasına dəstək vermək olmuşdur. Ümumilikdə, layihənin keçirildiyi üç şəhərdə, 90 nəfər aktiv gəncin layihədə iştirakı təmin olunmuşdur. Keçirlmiş təlimlər zamanı gənclərə mobil reportyorluqla yanaşı,  yeni media, bloqlar, şəbəkləşmə, informasiya texniologiyalarından düzgün istifadəyə dair bilik və bacarıqlar öyrədilmişdir.

 

“Region gənclərinin mobil reportyorluq vərdişlərinin artırılması ” layihəsi fərdi gəncin layihəsi olub və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsində qalib olmuşdur.

Date: 30.09.2014, 977 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi