AJN yeni media layihəsinin icrasına başlayır

Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının  maliyyə yardımı əsaında yeni media layihsəinin icrasına başlayıb. “Yeni  media təlimləri vasitəsi ilə milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliğinə dəstək ” layihəsinin icrası çərçivəsində ölkəmizin üç bölgəsində regional medialarda çalışan jurnalistlər, QHT nümayəndələri və gənclərin iştirakı ilə təlimlər keçiriləcəkdir.

 

Layihənin əsas məqsədi İnternet medianın verdiyi  üstünlüklərdən istifadə edərək milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği istiqamətində ölkənin iki regionunda – Zaqatala və Bərdədə təlimlər təşkil etmək, eləcə də vətənpərvərlik ruhunda maarifləndirmə işlərinin aparmaqdır. Bundan başqa layihə çərçivəsində Lənkəranda peşəkar  jurnalistlər üçün iki gün davam edəcək “Mediada milli-mənəvi dəyərlər və ictimai davranış qaydalarının təbliği” mövzusunda  müzakirə və təlimin keçirilməsi də nəzərdə tutulur.


Keçiriləcək təlimlərdə İnformasiya-kommunikasiya texnologiyalarınn  verdiyi üstünlüklər, İnternet mediasının, xüsusi ilə sosial şəbəkələrdən faydalı istifadəyə dair müfəssəl bilik və bacarıqlar aşılanması, həmçinin  jurnalistikaya dair təlimlər təşkil edilməsi  nəzərdə tutulur.

AJN 

Date: 16.06.2015, 1184 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi