Biznes Jurnalistikası təlim proqramına start verildi

26 noyabr 2015 – British Council PAŞA Bank ilə birgə əməkdaşlıq  çərçivəsində Azərbaycan jurnalistləri üçün bizneslə bağlı mətbuat mövzularını  əhatə edən təlim proqramına start verməkdən məmnunluq hissi duyur.  Bizim məqsədimiz ölkədə ədalətli və peşəkar xəbərlər hazırlayan gənc aparıcı jurnalistlərin yetişdirilməsinə dəstək göstərmək və  Azərbaycanda biznes mövzularını əhatə edən jurnalistika standartlarının inkişafına yardım etməkdir.

Hazırki təşəbbüs bizim 2011-ci ildən jurnalistlər üçün  təşkil etdiyimiz uğurlu layihəmizin davamı olan unikal bir layihədir. Layihənin əsas məqsədi seçilmiş jurnalistlərin ehtiyaclarına uyğun olaraq  hazırlanmış xüsusi təlim proqramı vasitəsilə milli medianın peşəkar bilik və bacarıqları gücləndirməkdir.


British Council Paşa Bank-la birlikdə Caspian İnternational Broadcasting, ANS TV, İctimai TV, EL TV, Trend, APA Holding, Salamnews da daxil olmaqla, Azərbaycanın bir neçə aparıcı xəbər və yayım agentliklərini təmsil edən 11 peşəkar biznes jurnalistini layihədə iştirak üçün seçmişdir. Bu jurnalistlər xüsusi hazırlanmış biznes jurnalistikası kursunu keçəcək, eləcə də Birləşmiş Krallığın görkəmli jurnalistləri ilə görüşəcək və qabaqcıl media təşkilatlarına səfər edəcək.

Bakıdakı ilk təlim sessiyası 28 noyabr tarixində başlayacaq və 5 gün davam edəcək. Ümumilikdə Bakıda 3 təlim sessiyası keçiriləcəkdir.


Layihə bütün dünyada minlərlə jurnalistin hərtərəfli inkişafı  üzrə fəaliyyət göstərən və 100-dən çox ölkədə media sahəsində ən yüksək etik və peşəkar standartları təşviq edən  Avropanın ən böyük media təşkilatlarından biri olanBirləşmiş Krallığın Thomson Fondu ilə birgə əməkdaşlıq sayəsində həyata keçirilməkdədir.

Date: 27.11.2015, 985 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi