“Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu”

Azərbaycan Milli Avtomobil Klubu (AMAK) Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyi ilə birgə mətbuat nümayəndələrinin iştirakı ilə “Əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində KİV-lərin rolu” mövzusunda maarifləndirici seminar təşkil edib. ADA Universitetində baş tutan seminarda jurnalistlərə  “Əlilliyi olan şəxslərə yanaşma modelləri, terminoligiya” “Əlilliyi olan şəxslərin qarşılaşdığı maneələr və onları yaradan səbəblər”, “KİV nümayəndələri Əlilliyi olan şəxslərin müvəkkili kimi”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya” barədə geniş məlumat verilmiş və müzakirələr aparılmışdır.

 

Seminar AMAK-ın  “Azərbaycanda əlilliyi olan insanlar üçün müyəssər nəqliyyat: məlumatlarin toplanması, təkliflər paketinin hazırlanması” layihəsi çərçivəsində təşkil olunub. Bu ilin sentyabr ayında start verilən yeni  tədqiqat layihəsinin əsas məqsədi əlilliyi olan şəxslərin nəqliyyatda müyəssərliklə bağlı gündəlik həyatda üzləşdikləri çətinlikləri müəyyənləşdirmək, mövcud boşluqları müəyyən etməklə nəticələrin qiymətləndirilməsi əsasında təkliflər paketi hazırlamaqdır.

 

İnteraktiv formatda keçirilən seminarda bu sahə üzrə ixtisaslaşmış ekspert və mütəxəssislər jurnlaistləri  mövzu ilə bağlı maarifləndirib və əlilliyi olan şəxslər üçün müvəkkillik prosesində medianın rolunun qabardılmasının mühüm olmasını vurğulayıblar.

 

Tədqiqat layihəsi barədə daha ətraflı məlumat əldə etmək üçün www.amak.az saytını ziyarət edin.

Date: 28.12.2017, 977 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi