“44 günlük Vətən Müharibəsində cəsurluq nümayiş etdirən gənclərin tanıdılması” layihəsi icra olundu

"Azəri Yurdu" Gənclər İctimai Birliyi “44 günlük Vətən Müharibəsində cəsurluq nümayiş etdirən gənclərin tanıdılması” layihəsi çərçivəsində  müharibədə iştirak etmiş gənclər barədə iki  film hazırlayıb. Hər iki filmdə gənclər müharibədən sonra ilk dəfə valideynlərinin doğulduğu və boya-başa çatdığı işğaldan azad olunmuş doğma yurduna gedərək müharibədə keçdiyi döyüş yolu və torpaqlarımızın işğaldan azad olunmasının bir Azərbaycan gənci üçün hansı qürur və fəxarət hissi olmasından danışıblar.


“44 günlük Vətən Müharibəsində cəsurluq nümayiş etdirən gənclərin tanıdılması” layihəsi “Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən Müharibəsində iştirak etmiş məcburi köçkün ailəsində doğulmuş gənclər barədə film hazırlamaq idi. Çəkilişlər Bakı şəhərində və hər iki gəncin əslən olduğu işğaldan azad olunmuş rayonlarda, eləcə də onların döyüş yolu keçdiyi işğaldan azad olunmuş ərazilərdə aparılıb.


Birinci filmin qəhrəmanı Əlahəddin Həmidovun 23 yaşı var və o, əslən Qubadlıdandır. Onun valideyinlərinin hər ikisi 1993-cü ildə müharibə səbəbindən məcburi köçkün düşüb. Əlahəddin 44 günlük Vətən müharibəsində iştirak etmiş və “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə”  medallarla təltif olunub( filmin linki).


İkinci filmin qəhrəmanı Maşallah Məmmədovun 22 yaşı var və o, əslən Zəngilandandır. Onun valideyinləri də 1993-cü ildə Zəngilandan məcburi köçkün düşüblər. Onun döyüş yolu Zəngilan, Qubadlı və Laçın rayonlarından keçmişdir. Maşallah döyüşlərdə iştirak etdiyinə görə “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub(filmin linki).


Layihənin uğurla icra olunması üçün "Azəri Yurdu" Gənclər İctimai Birliyi  “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İB ilə tərəfdaşlıq etmiş və təşkilatın geniş təcrübəsindən və dəstəyindən faydalanmışdır.

Date: 22.02.2022, 58 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi