Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə edildi
“Nar” 23 Aprel Ümumdünya Kitab Günü münasibətilə Füzulidə yerləşən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin kitabxanasına yeni kitablar hədiyyə etdi. Tədbir Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" İctimai Birliyinin tərəfdaşlğı ilə baş tutub. Kitabların təqdimatında “Nar”ın təmsilçiləri, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin nümayəndələri və Mirzə Uluqbəy adına məktəbin müəllim və şagird heyəti iştirak edib. Hədiyyə edilən kitablar məzmunca həm ibtidai və orta sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri üçün nəzərdə tutulub. Eləcə də, müxtəlif ensiklopediyalar, lüğətlər və Zəfər tariximizdən bəhs edən kitablarla zənginləşdirilən bu kitabxana Füzuli şəhərinin sakinləri üçün də açıqdır. Qeyd edək ki, müştərilərinə sərfəli qiymətə mobil rabitə imkanları təqdim edən “Nar” özünün davamlı sosial layihələri ilə cəmiyyətin inkişafına töhfə verir. Bu layihələrin əsas istiqaməti Azərbaycanın bölgələri, o cümlədən, azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarıdır. “Nar”ın həyata keçirdiyi sosial layihələr haqqında ətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz. “Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 5 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir. Date: 23.04.2024, 228 users viewed this page. |