COP29 və Media təlimi keçirilib "Bazarstore" marketlər şəbəkəsinin dəstəyi, "Azərbaycan Jurnalistlər Şəbəkəsi"nin təşkilatçılığı ilə media nümayəndələri üçün “COP29 və Media” təlimi baş tutub.
Yaxın günlərdə ölkəmizdə keçiriləcək dünya əhəmiyyətli, beynəlxalq layihənin işıqlandırılmasında medianın rolunun böyük olduğu qeyd olunub. Keçirilən təlimdə ekoloji problemlər, dünyanın yaşadığı iqlim böhranı müzakirə edilib. Eyni zamanda, bu istiqamətdə materialların hazırlanmasında jurnalistlərə lazım olan informasiyaların mahiyyətindən danışılıb.
Həmçinin ətraf mühitin qorunmasında dövlət və özəl qurumların üzərinə düşən öhdəliklərdən, həyata keçirilən korporativ sosial məsuliyyət layihələrinin əhəmiyyətindən söhbət açılıb. Təlimin sonunda iştirakçılara onlayn sertifikat, yaşıl və sağlam dünyanın simvolu kimi dibçəkdə gül hədiyyə olunub.
#COP29 #Bazarstore #AJN #Media #training Date: 06.11.2024, 22 users viewed this page. |