Data Jurnalistikası kursu

Data jurnalistikası artıq yeni bir konsepsiya deyil. Media vasitələrinin hadisələrin geniş auditoriyayaçatdırılmasında datadan istifadə etmələri artıq normal təcrübəyə çevrilib və peşəkar jurnalistlər gündəlikolaraq işlərini zənginləşdirmək üçün datadan istifadə edirlər. Avrasiya Əməkdaşlıq Fondu və Qafqaz TədqiqatResurs Mərkəzi data savadlılığının əhəmiyyətini nəzərə alaraq altı (6) seminardan ibarət olan pulsuz DataJurnalistika Kursunu başlayır. Seminarlar ayda bir dəfə olmaqla 2017-ci ilin dekabrından 2018-ci ilin mayayına qədər keçiriləcəkdir.


İlk seminar Data Vizuallaşdırmasına həsr olunacaq və 2017-ci ilin 4-5 dekabrtarixlərində keçiriləcəkdir. Digər beş seminarın vaxtı yanvar ayında açıqlanacaq.Kurs bu mövzuları əhatə edəcəkdir : xəbərlərdə datanın rolu, data jurnalistikası üçün lazım olan bacarıqlar,müvafiq datanın toplanması və təmizlənməsiı, mövzuların müəyyənləşdirmək üçün datanın analizimetodları və datanın təqdim edilməsi. Seminarlar yerli təlimçilər tərəfindən Azərbaycan dilində vəAzərbaycan dilinə eyni vaxtda tərcüməsi olan beynəlxalq təlimçilər tərəfindən keçiriləcəkdir.6 seminarın hər birinə qatılan iştirakçılar kursun təşkilatçıları olan EPF / CRRC və ABŞ-ın Bakıdakı səfirliyitərəfindən Sertifikatla təltif olunacaqlar.

 

Data Jurnalistika Kursuna kimlər müraciət edə bilər: Azərbaycanda onlayn, çap və yayım mediaqurumlarında çalışan jurnalistlər; jurnalistika ixtisası üzrə təhsil alan magistr və bakalavr proqramınınsonuncu kurs tələbələri.Data Vizuallaşdırması seminarının tarixi və saatı: 4-5 dekabr 2017 (Bazar ertəsi və Çərşənbə axşamı), tamgün (10:00 - 18:00)Məkan: Bakı, dəqiq yer bu tarixə yaxın elan olunacaq Data Vizuallaşdırması seminarının təqdimatçıları: Oksford Universiteti Miqrasiya, Siyasət və CəmiyyətMərkəzi (COMPAS) Rob McNeil və William Allen.

 

http://www.compas.ox.ac.uk/Təqdimatçıların bioqrafiyaları: Rob McNeil (http://www.compas.ox.ac.uk/people/rob-mcneil/) və WilliamAllen (http://www.compas.ox.ac.uk/people/william-allen/)Seminarda iştirak sayı limitlidir. Qeydiyyatdan keçmək üçün bu qısa formu (http://bit.ly/2ijnnVh) 26Noyabr, Bakı vaxtı ilə saat 17: 00-a qədər doldurmalısınız. Xahiş edirik nəzərə alasınız ki, üstünlük 6seminarın hər birində iştirak edə biləcək namizədlərə veriləcək.Data Vizuallaşdırması seminarının təşkilatçıları: ABŞ-ın Bakıdakı səfirliyinin dəstəyi ilə Avrasiya ƏməkdaşlıqFondu və Beynəlxalq Miqrasiya Siyasəti İnkişaf Mərkəzi

Date: 22.11.2017, 1007 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi