BMT-nin jurnalistlər üçün təqaüd proqramı

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyası 2003-cü ildə Bağdadda vəzifə borclarını yerinə yetirərkən partlayışda həlak olan BMT işçisini yad etmək məqsədilə “Reham Al-Farranın xatirəsinə həsr edilmiş jurnalistlər üçün təqaüd proqramını” təsis etmək barədə qərar qəbul etmişdir.

Təqaüd proqramında aşağıdakı tələblərə cavab verən jurnalistlər iştirak edə bilərlər:

- 22-35 yaş arası olmalı;

- Hər-hansı media qurumunda fəaliyyət göstərməli; Müstəqil (freelance) fəaliyyət göstərən jurnalistlər, tərcüməçilər və BMT işçiləri müraciət edə bilməzlər.

- Mükəmməl ingilis dili səviyyəsi;

- Jurnalistika səhəsində bir neçə il təcrübəyə malik olmalı və BMT-nin gördüyü işlərlə yaxından maraqlanmalıdırlar.

Proqram haqqında daha ətraflı məlumat əldə etmək və müraciət qaydaları ilə tanış olmaq üçün əlavədə nəzərinizə üç sənəd çatdırırıq. Göstərilən tələblərə uyğun gələn və proqramda iştirak etməyə maraqlı olan jurnalistlərdən doldurulmuş müraciət forması, yazdıqları üç məqalə (və ya məqaləyə keçidi), pasportlarının və diplomlarının nüsxəsini və iş yerindən məktubun skan edilmiş variantını journalists.fellowship@un-az.org ünvanına göndərmələri xahiş olunur.

Hər-hansı sualınız olarsa BMT-nin İctimai İnformasiya Departamentindən İnformasiya üzrə Mütəxəssis Vəfa Səfərli ilə əlaqə saxlaya bilərsiniz. Email: ; telefon: +994 12 498 98 88 (daxili 122).

Müraciət üçün son tarix 25 aprel 2013-cü ildir.

Date: 19.04.2013, 1214 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi