“Həmvətən” filmi TV kanallarda nümayiş olundu ![]() Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin istehsal etdiyi “Həmvətən” filmi 7 aprel – İsraillə Azərbaycan arasında diplomatik münasibətlərin yaranmasının 29-cu ildönümü münasibətilə “CBC TV kanalında (rus dilində), İctimai TV -də geniş auditoriyaya təqdim olunub. Film Azərbaycanda tarixən yaşayan yəhudi əsilli vətəndaşlardan bəhs edir. Filmdə Azərbaycandakı yəhudi icmasının nümayəndələrinin, ziyalılar, alimlər, din xadimləri və dağ yəhudilərinin xüsusilə kompakt yaşadığı “Qırmızı Qəsəbə”-də sakinlərin fikirlərinə geniş yer verilib. Eyni zamanda İsraildə yaşayan Azərbaycanlıların da filmdə müsahibələri izləyicilərə təqdim olunur. Film Azərbaycan Respublikası Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə çəkilib. Filmi Azərbaycan, rus dillərində, o cümlədən, ingilis dilində subtitrlərlə aşağıdakı linklərdə izləyə bilərsiniz : AZE (English subtitles): https://www. RUS: https://www.youtube.com/ Date: 12.04.2021, 341 users viewed this page. |