AJN “Şuşa İli”nə həsr olunan layihənin icrasına başlayıb

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi (AJN) “Şuşa İli”nə həsr olunan layihənin icrasına başlayıb.

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Erməni işğalı nəticəsində Şuşanın maddi-mədəni irsinin talanması və təhsil ocaqlarının dağıdılması” layihəsi çərçivəsində ikihissəli sənədli film istehsal olunacaq. Bu layihə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin qalibidir.

Layihənin əsas məqsədi işğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərəri göstərmək üçün iki hissəli sənədli film hazırlamaqdır. Hazırlanan filmlərin həm yerli ictimaiyyətə, həm də beynəlxalq auditoriyaya təqdimatı nəzərdə tutulur. Bu məqsədlə filmlər Azərbaycan dilindən savayı, subtitrlərlə həm ingilis, həm də rus dillərində hazırlanacaq.

 

Qeyd edək ki, ikihissəli sənədli filmin əsas mövzusu Şuşada məktəblər və tədris mərkəzləri, həmçinin Şuşada mövcud olmuş mədəni mühit və mədəniyyət abidələri barədə olacaq.

AJN 

Date: 23.08.2022, 535 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi