Pəşəkar radio jurnalistika təlimi

“Gənclərin  Səsi Radiosu” jurnalist olmaq istəyənlər üçün təcrübə proqramı elan edir. Təcrübə proqramının iştirakçıları 2 ay müddətində radio-redaksiya mühitində, real efir şəraitində  çalışaraq, aşağıdakı işləri görərək bilik və təcrübə qazanmaq şansı əldə edəcəklər.

Təcrübə proqramı aşağıdakı sahələri əhatə edir.

  • Radio reportajların və sujetlərin hazırlanması
  • Canlı efirin hazırlarnması və idarə olunması
  • Radio-debatların təşkili
  • Radio layihələrin hazırlanması
  • Səs Montajı
  • Radioda prodüser işi
  • Podcastların hazırlanması

Eyni zamanda təcrübə proqramına aşağıdakı əlavə sahələr daxildir:

  • Video reportajların hazırlanması
  • Video montajı
  • Foto reportajların hazırlanması
  • Foto montaj

İştirakçılar əldə edəcəklər:

  • Redaksiyada işləmək üçün lazımı bütün texniki biliklərin öyrənilməsi
  • Proqramı uğurlu başa vuranlar üçün xüsusi diplom və tövsiyə məktubu
  • Gələcəkdə də redaksiya ilə əməkdaşlıq etmək və çalışmaq imkanı

Kimlər müraciət edə bilər:

  • 18-27 yaş arası tələbələr, həmçinin təcrübəyə ehtiyacı olan ali təhsil müəssisəsini bitirmiş şəxslər

Seçiləcək iştirakçılardan tələb olunanlar:

  • Gələcək kariyerasını jurnalistikada görən, jurnalist fəaliyyətinin mahiyyətini başa düşən bütün gənclər (jurnalistika ixtisası üzrə olanlara üstünlük verilsə də, digər ixtisaslı şəxslər də müraciət edə bilərlər)
  • Kompüter və İnternetdə sərbəst işləmək bacarığı
  • Xarici dil bilikləri olanlara üstünlük verilir
  • Təcrübə müddətində regionlara ezam oluna bilər

İştirak etmək istəyənlər 2013-cü ilin 30 aprel tarixinə qədər CV və maraq məktubunu (təcrübə proqramının müraicət edən şəxsin gələcək karyerasına təsiri barədə)  radio@gsr.fm ünvanına göndərməlidirlər.

Uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

Əlavə məlumat üçün: 055 2878748

Date: 19.04.2013, 978 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi