Almaniyada 10 günlük pulsuz seminar

“The Saxonian Foundation for Media Education-SSM  Mərkəzi və Şərqi Avropa ölkələrindən olan jurnalistlər üçün 10 günlük seminar keçirəcək. Alman dilini bilən 40 yaşınadək olan jurnalistlər bu pulsuz təlimə müraciət edə bilərlər.

 

Seminarın keçirilməsində əsas məqsəd xarici jurnalistlərin Almaniya mediası ilə daha yaxından tanış olmalarına imkan yaratmaq və beynəlxalq jurnalistlər arasında əlaqələri genişləndirməkdir. 2013-cü il seminarının əsas mövzusu medianın mədəni  məsuliyyətinə həsr olunacaq.

 

Seminarda iştirak etmək üçün namizəd jurnalistdən Alman dili bilikləri, mediada iş təcrübəsi, İnternet və sosial  şəbəkələrdən gündəlik istifadə etmə təcrübəsi tələb olunur.

 

Seminar 16-27 sentyabr tarixlərində Almaniyanın Leipzig şəhərində keçiriləcək.

 

Müraciət üçün son tarix: 8 avqust

 

Daha ətraflı məlumat üçün bu linkə daxil olun

Date: 27.06.2013, 1218 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi