Region gəncləri üçün sosial media məktəbi

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Region gəncləri üçün sosial media məktəbi” layihəsi  çərçivəsində 15-16 mart tarixlərində Gəncə şəhərində yeni media təlimi keçiriləcək.  Təlimlərə Gəncə şəhərindən, eləcə də bu regiona yaxın rayonlardan 50-yə yaxın gənc qatılacaq.


Təlim proqramında gənclərə sosial mediadan effektiv istifadə qaydaları və internet jurnalistikası ilə bağlı bilik və bacarıqlar öyrədiləcək.  İki günlük seminardan sonra təlim iştirakçıları internet üzərindən üç həftə davam edəcək onlayn dərslərə qatılacaqlar.


Qeyd edək ki, “Region gəncləri üçün sosial media məktəbi” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 4-cü qrant müsabiqəsi çərçivəsində C kateqoriyası üzrə qalib olub. Azərbaycan Jurnalistlər Şəbəkəsi İB,  Gənclər üçün Təhsil Mərkəzi İB və Xəzər Təhsil Mərkəzi layihənin uğurla icra olunması üçün  təşkilati dəstək göstərir.

Date: 08.03.2014, 851 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi