Almaniyada rəqəmsal jurnalistika kursuna qəbul başlayır

“The Interlink” Beynəlxalq Dialoq və Jurnalistikanın İnkişafı naminə Akademiya “Şərqi Avropa Ölkələri üçün Rəqəmsal Jurnalistika 2016” proqramına qəbul élan edir. Proqram müddətində iştirakçılar Almaniyanın Hamburq şəhərində keçiriləcək təlimlərdə rəqəmsal jurnalistikaya dair bilik və bacarqılar öyrənəcək və “online” tədris mərhələsində isə öyrəndiklərini təcrübədə istifadə etmək imkanı qazanacaqlar.


Azərbaycan Jurnalistlər Şəbəkəsi İB-nin də tərəfdaş olduğu bu proqramda 6 ölkədən – Azərbaycan, Ukrayna, Rusiya, Moldova, Gürcüstan, Belarus və Ermənistandan olan jurnalistlər kursda iştirak edə bilər.


Kursda iştirak üçün bütün xərclər təşkilatçılar tərəfindən qarşılanır.


Kursa müraciət üçün son tarix 5 aprel 2016-cı ildir.


Proqram barədə daha ətraflı məlumatı Akademiyanın saytından əldə edə bilərsiniz.

Date: 22.03.2016, 1077 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi