Biznes-jurnalistika proqramına qəbul başlayır

Azərbaycanın ən iri banklarından biri olan PAŞA Bank "British Council" ilə birgə yerli biznes-jurnalistikanın inkişafına həsr olunmuş yeni proqramın həyata keçirilməsini elan edir. Layihənin əsas məqsədi jurnalistlər xüsusi hazırlanmış təlim proqramı vasitəsilə milli mətbuata  peşəkar bilik və səriştənin artırılmasında dəstək göstərməkdir.

 

Layihə Böyük Britaniyanın 100-dən artıq ölkədə fəaliyyət göstərən, Avropanın ən böyük media təşkilatlarından biri sayılan və  mətbuatda ən yüksək etik və peşəkar standartları dəstəkləyərək müxtəlif ölkələrdən minlərlə jurnalistlərin kütləvi media vasitələrinin yaradılmasına imkan yaradan Thomson Fondunun təşkilati dəstəyi ilə həyata keçiriləcək.

 

Layihə çərçivəsində 10 seçilmiş iştirakçının media sahəsində xüsusi olaraq hazırlanmış təlim proqramında iştirakı eləcə də, fəal və tam davamiyyəti olan jurnalistlərin  Böyük Britaniyaya təlim səfəri nəzərdə tutulmuşdur. Səfər zamanı tanınmış qəzet və jurnal, eləcə də digər media müəssisələrinə səfərlər və qabaqcıl jurnalistlərlə görüşlər təşkil olunacaqdır. Bizim məqsədimiz qabaqcıl jurnalistlər qrupu yaratmaqla ölkədə düzgün və balanslı məlumatın çatdırılması və Azərbaycanda biznes jurnalistika standartlarının nəzərə çarpacaq dərəcədə inkişaf etdirilməsinə  töhfə verməkdir.

 

Seçiləcək iştirakçılardan tələb olunanlar:

  • Jurnalistika sahəsində minimum 2 illik iş təcrübəsi
  • Ölkədaxili radio və televiziya yayımları, çap, onlayn mediada işləməli
  • Bütün təlim kurslarında iştirak edə bilməli

a)       3 təlim sessiyası Bakıda (hər təlim 5 tam gün olmaqla - Noyabr 2016, yanvar və fevral 2017)

b)       Təlim məqsədilə 2017-ci ilin mart ayında Böyük Britaniyaya təcrübə səfəri

 

Seçim prosesi aşağıdakı mərhələlərdən ibarət olacaq:

  1. Ərizə forması və inşalar
  2. Yerli təlimlər üçün ilkin müsahibələrin keçirilməsi
  3. Böyük Britaniyaya Tədris səfəri üçün seçim (yerli təlimlərdən sonra)

 

Maraqlanan şəxslər ərizə formasını British Council-ın internet səhifəsindən www.britishcouncil.azyükləməlidirlər. Doldurulmuş ərizə forması, CV ilə birgə 2016-cı il 30 sentyabr tarixindən gec olmayaraq  elektron poçt ünvanına göndərilməlidir.

 

Uyğun namizədlər musahibəyə dəvət olunacaqlar.

Date: 23.08.2016, 1021 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi