Dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsabiqə və ümumi müsahibə elan edir. Müsabiqədə iştirak etmək üçün vətəndaşlar "Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması"nı 16 aprel 2013-cü il tarixdən 15 may 2013-cü il tarixdə saat 18:00 dək, ümumi müsahibədə iştirak etmək istəyən vətəndaşlar isə sənədlərini 16 aprel 2013-ci il tarixdən 6 may 2013-cü il tarixdə saat 18:00 dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya (AZ1110, Bakı şəhəri, K.Rəhimov küçəsi, 874-cü məhəllə) təqdim etməlidirlər. Müraciət forması elektron (müsabiqə üçün), şəxsən (bazar ertəsi – cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

 


Daha ətraflı məlumat üçün bu internet ünvanına müraciət edin: http://www.csc.gov.az/aze/index.php?lang=az

Date: 19.04.2013, 1364 users viewed this page.

© 2012 Azərbaycan jurnalistlər şəbəkəsi