İş barədə məlumat:
Əmək funksiyaları: - Redaksiyanın işinə gündəlik rəhbərliyi həyata keçirir, verilmiş tapşırıqların yerinə yetirilməsinə nəzarət edir - Jurnalı çapa hazırlayır və bununla bağlı olan proseslərə rəhbərlik edir - Redaksiyanın Vaşinqtonda yerləşən mərkəzi ofisi ilə əlaqələrini təmin edir - İngilis dilindən Azərbaycan dilinə tərcümələr edir, bədii redaktorla birgə tərcüməçilərin işini orijinalla yoxlayır, redaktə edir, təkliflər hazırlayır - Redaksiya materiallarının hazırlanmasını təmin edir - Müxtəlif ictimai qurumlar və elmi cəmiyyətlərlə əlaqələr yaradır, ekspertlər cəlb edir - Redaksiyanın fəaliyyəti ilə əlaqədar olaraq məktub, təklif və prezentasiyalar hazırlayır Biz təklif edirik: - Sosial paket - Peşəkar mühitdə inkişaf, mütəmadi treninqlər - Maraqlı şəxslərlə ünsiyyət və iş imkanı
|
Tələblər:
Təhsil : Ali İş təcrübəsi : 3 ildən 5 ilə qədər Yaş : 25 - 45 - Tərcüməçilik və ya ingilis dilinin filologiyası ixtisasları üzrə ali təhsil - Bədii əsərlərin və elmi-populyar mətnlərin tərcüməsi və redaktəsində 3 illik təcrübə - Jurnalistika və publisistika sahəsində 1 illik təcrübə - İngilis və azərbaycan dillərindən peşəkar istifadə bacarıqları - Kollektivə rəhbərlik istedadı Namizədlərdən ingilis dilində tərtib olunmuş CV-lərini və tərcümələrinin (əsər, məqalə və s.) siyahısını seymur.teymurov@gmail.com ünvanına göndərmələri xahiş olunur.
|