Azərbaycan Jurnalistlər Şəbəkəsi və “ACT Azərbaycan” araşdırma şirkətinin birgə keçirdiyi “Mətbuata xidmət edənlər” layihəsinin sorğu nəticələri iyulun 20-də ictimaiyyətə açıqlanıb.
Azərbaycan Jurnalistlər Şəbəkəsi Bakcell şirkəti ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə start verir. Bu layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaqdır.
Azərbaycan Jurnalistlər Şəbəkəsi İB və Azərbaycan Gənc Diplomatlar Birliyinin birgə təşkilatçılığı ilə 14 yanvar tarixində saat 14:30-da Beynəlxalq Mətbuat Mərkəzində “2014-cü ilin yekunları: Diplomat və Jurnalistlərin baxışları” mövzusunda müzakirə xarakterli konfrans keçirilib.